Abşeron rayonunda piyda vurulub: Ölən var - YENİLƏNİB

Hadisəni törədən sürücü saxlanılıb
 
Abşeron rayonunda baş vermiş qəzada həlak olan piyadanın kimliyi məlum olub.
Qəza nəticəsində həlak olan şəxs Masazır qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Qarayev Əfqan Teyfur oğludur.
 *** 03:41
Abşeron rayonunda piydanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Sumqayıt şossesində qeydə alınıb.
Belə ki, şossenin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində "Vaz 21015" markalı minik avtomobili yolu keçən orta yaşlı kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən sürücü saxlanılıb.
Fakt araşdırılır.