ABŞ zərbə qrupu göndərdi: Rusiya ilə TOQQUŞMA...

Baxış sayı:
3130

Aralıq dənizində Rusiya və ABŞ donanmalarının müharibəsi başlaya bilər, amma hələlik bu ehtimal o qədər də yüksək deyil.
Muxalifət.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə açıqlamasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Baluyevski deyib.
“ABŞ və Rusiya donanmalarının düşməni öz ərazisinə buraxmamaqdan ötrü bütün imkanları var. “Norflok” hərbi dəniz bazasından ABŞ hərbi gəmisinin hərəkəti daha çox göstəriş xarakteri daşıyır və bu hərəkət əvvəlki dövrlərin diplomatiyasının varisi sayılır. Aralıq dənizinda situasiya real zərbələr həddinə qədər gəlib çıxmayacaq. Hər şey ölkələrin rəhbərlərindən asılıdır”, – deyə o bildirib.
Rusiya ordusunun ehtiyatda olan polkovniki Viktor Muraxovski isə ABŞ-ın Suriyanı Şimali Koreya kimi mühasirəyə almayacağını deyib:
 “Əgər ABŞ bir təyyarədaşıyan gəmi göndərsə, o zaman Rusiyanın ona cavabı asan olacaq. Lakin inanmıram ki, bu baş verə bilər. Məsələn, Şimali Koreyanı ABŞ hətta üç təyyarədaşıyan gəmi ilə mühasirəyə alıb, amma ona heç bir zərbə endirməyib. Digər tərəfdən, “Norfolk” bazasında bu gəmilər gələnə qədər regionda vəziyyət bir neçə dəfə dəyişə bilər. Belə ki, onların Suriya sahillərinə çatma müddəti altı gün çəkəcək”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı kimyəvi hücuma 48 saat ərzində cavab verəcəyini bildirib. Onun verdiyi bu müddət bu gün axşam baş çatacaq. ABŞ artıq özünün “Donald Kuk” və “Porter-7” gəmilərini Aralıq dənizinə göndərib. Bu gəmilər Rusiyanın Tartus şəhərində yerləşən hərbi bazasının 100 kilometrliyində qərarlaşıb.
ABŞ həmçinin Aralıq dənizinə “Harri S. Truman” təyyarədaşıyan gəmisininin rəhbərliyi altında zərbə qrupunu göndərib. Təyyarədaşıyan gəmi aprelin 9-da özünün daimi dislokasiya mərkəzi olan “Norflok” bazasını tərk edib. Bu gəminin rəhbərliyi altında gələn qrupun tərkibinə “Normandi” raket kreyseri, “Arley Burke”, “Bulkeley”, “Forrest Şerman” və “Farraqut” raket esminesləri daxil olublar. Sonradan bu qrupa “Ceyson Danham” və “Sullivans” esminesləri də qoşulub. Aralıq dənizinə göndərilən gəmi qrupunda minimum 6,5 min hərbçinin olduğu bildirilib. Bu gəmilərin Suriyada 22 hədəfə zərbə endirəcəyi iddia olunur.