​ABŞ YUNESKO-dan rəsmən ayrılır

ABŞ hökuməti rəsmən BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Agentliyindən (YUNESKO) çıxdığını elan edəcək.
Bu barədə informasiyanı “Foren Polisi” qəzeti yayıb. Qəzet Vaşinqtonun öz qərarını gələn həftə elan edəcəyini bildirib.
ABŞ-ın təşkilatdan çıxmağına səbəb kimi maliyyə vasitələrinə qənaət və YUNESKO-da antiisrail qətnamələrinin qəbuluna etiraz məsələlərini göstəriləcək. Vaşinqton YUNESKO-dan çıxsa da, bu təşkilatda müşahidəçi statusunu qoruyub saxlayacaq.