​ABŞ-ın Yunanıstanda yeni planı – Ankaranın ciddi etirazına səbəb olub…

Baxış sayı:
3106

ABŞ Yunanıstanda yeni radiolokasiya sistemləri quraşdırıb.
Dədəağac bölgəsində boğazları və Şimali Egey adalarını izləyəcək radarlar Türkiyədən 60 kilometr məsafədə yerləşir.
Bu radarlar havadan və quruda istənilən növ danışığı və səsləri müəyyən edə biləcək.
Baza əldə etdiyi bütün məlumatları birbaşa Pentaqona göndərəcək.
Qeyd edək ki, ABŞ-ın bu addımı rəsmi Ankaranın ciddi etirazına səbəb olub və hər iki ölkə arasında diplomatik münasibətlərə ciddi zərər vurub.