ABŞ YPG/PKK-YA BİR GECƏDƏ 100 TIR DƏSTƏK GÖNDƏRDİ! - İŞİD yoxdur, onları kimə qarşı silahlandırırlar?

Baxış sayı:
9457

ABŞ Suriyada YPG/PKK terror təşkilatının işğalı altındakı bölgəyə İraqdan qapalı kassalar, tankerlər və 4x4 avtomobillər daşıyan 100 ədədə yaxın tır göndərib.
Yerli mənbələrdən verilən məlumata görə, dünən gecə saatlarında 100 civarında tır Simelka sərhəd qapısından Suriyaya daxil olub. Qapalı kassalar daşınan tırlarda Hummer markalı avtomobillər və tankerlər göndərilib.
ABŞ fevral ayında iki dəfə İraq sərhədindən YPG/PKK terrorçularının işğalı altındakı bölgəyə təqribən 300 tır dəstək göndərmişdi.

ABŞ-ın Suriyadan “çıxmaq” planı

ABŞ prezidenti Donald Tramp 2018-ci il 19 və 20 dekabr tarixli mesajlarında ölkəsinin Suriyadakı hərbi varlığının yeganə səbəbi olan İŞİD ilə mübarizəni başa çatdırdıqlarını elan eləmişdi. İŞİD ilə mübarizə tamamlandıqdan sonra YPG/PKK yaraqlılarından silahları geri alacağını vəd edən Vaşinqton hakimiyyəti öz sözünü “yavaş-yavaş və etibarlı çəkilmə” olaraq dəyişdirdi. ABŞ geri çəkilməyə dair detallar və təqvim məsələsində qəti bəyanatlardan qaçdığı halda, fevralda 11-də ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı general Cozef Votel ən geci martın ortalarında prosesin ilk addımlarının atılacağını söyləsə də, Votelin verdiyi zaman müddətində ABŞ Suriyadakı güclərini azaltmadı.
Suriyada İŞİD varlığının sonunun gəlməsinə rəğmən, ABŞ-ın 2020-ci ilin müdafiə büdcəsində YPG/PKK üçün bomba istehsalında istifadə edilə biləcək çox sayda sursat ayrılması diqqəti cəlb eləyir. ABŞ-ın təşkilata verəcəyi C4 partlayıcı, kabel, bomba saatı kimi əldəqayırma bomba ləvazimatlarının təşkilatın “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə terrordan təmizlədiyi bölgələrdəki hücumlarda istifadə edilməsi halları aşkar edilmişdi.
2015-ci ildən bəri İŞİD ilə mübarizəni bəhanə edərək YPG/PKK üzvlərinə hərbi dəstək verən ABŞ-ın Suriyada hələ də 18 hərbi bazası və 2 min nəfərə qədər hərbçisi var.