​ABŞ YPG üçün gizli şəkildə 300 yük maşını göndərdi - Foto

Baxış sayı:
8353

ABŞ Suriyada YPG-nin yaratdığı Demokratik Suriya Qüvvələrinə silah və zirehli avtomobillər göndərib.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Suriyaya YPG üçün 300 yük avtomobili ilə dolu silah və zirehli maşınlar göndərib. Ağır silahların da yer aldığı hərbi yardım Türkiyənin reaksiyası səbəbilə gizli şəkildə reallaşdırılıb.

Hərbi yardımın Suriyanın Deyr əz-Zor şəhərinə göndərildiyi bildirilib.