ABŞ-ın” Yeni Yaxın Şərq” PLANI DAVAM EDİR

Baxış sayı:
3862

İranın müdafiə naziri Əmir Xatəmi, ABŞ-ın bölgə ölkələrini parçalamaq üçün İraq Kürd Regional Rəhbərliyindəki rəsmiləri istifadə etməyə çalışdığını, ancaq İran, Türkiyə və İraqın dəstəyi ilə planın uğursuzluqla nəticələndiyini bildirib.
 
İranın xəbər agentliyi” Tesnim”-in xəbərinə görə, paytaxt Tehranda keçirilən 13-cü İran Coğrafiya Konqresində çıxış edən Xatəmi, ABŞ-ı region ölkələrinin sərhədlərini pozmağa çalışmaqda ittiham edib.
ABŞ-ın regional coğrafiyani pozmaq və region ölkələrini bölərək kiçik dövlətlər yaratmaq istədiyini irəli sürən Xatəmi, "Düşmənlər ilk addım olaraq İraq Kürd Regional Rəhbərliyindəki şəxsləri aldadaraq region ölkələrini parçalamağa əl atdılar, ancaq xalqın oyaqlığı və İran, Türkiyə və İraqın dəstəyi ilə bu plan uğursuz oldu" deyib.
Xatəmi, ABŞ-ın "Yeni Yaxın Şərq” planı çərçivəsində bu hədəfinə hələ də çatmağa çalışdığını qeyd edib.
Müxalifət.az