“ABŞ-ın yeni yanaşmalarını Azərbaycan rəsmiləri ilə müzakirə etdik” - Pentaqon rəsmisi

Baxış sayı: 53

"Müzakirələrimiz ABŞ-ın Əfqanıstan və Cənubi Asiyada tətbiq etdiyi sülhməramlıların yerləşdirilməsinə dair yeni yanaşma ilə bağlı olub. ABŞ-ın yeni yanaşmalarını Azərbaycan rəsmiləri ilə müzakirə etdik".
 
 Bu barədə oktyabrın 12-də Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper jurnalistlərə bildirib.
L.Kuper Azərbaycan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Qoşunları və Prezident Administrasiyasında görüşlər keçirib.
"ABŞ-ın Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm", deyə o qeyd edib.
O bildirib ki, ABŞ Azərbaycanı qlobal terrorizmlə mübarizədə vacib tərəfdaşı hesab edir.
"Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 94 azərbaycanlı əsgər Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və təhlükəsizliyin təminatına töhfə verir".