​ABŞ-ın yeni TƏHDİD HƏDƏFİ - “Titanların savaşı”

Baxış sayı:
492

ABŞ 2017-ci ildə ticarət sektorunda rekord qıran Çinə mane olmaq üçün iqtisadi müharibə başlada bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə Amerika mediası xəbər yayımlayıb.
“Wall Street Journal” qəzetinin məlumatına görə, Ağ Ev Çinin ixracatlarına qarşı özəl plan və məhdudiyyətlərdən ibarət yeni “silah” hazırlayır. ABŞ-ın Çinin iqtisadi sürətinə mane olmaq üçün elan edəcəyi müharibə isə “Titanların savaşı” adlandırılıb.
Məqalədə “ABŞ daha öncə Çin kimi iqtisadi gücü, qlobal hədəfləri olan bir rəqibə rast gəlməyib. Yaponiya ABŞ-ın müttəfiqidir, buna görə bu ölkənin təhlükəsi olmayıb. Ancaq Çin getdikcə Amerikanın rəqibinə çevrilir” ifadələri yer alıb.
Şimali Koreyanın nüvə təhdidlərindən sonra Çin ilə ABŞ arasındakı ticarət müharibəsi dünya iqtisadiyyatını alt-üst edəcək.