ABŞ YENİ TERRORÇU ORDUSU FORMALAŞDIRIR

Baxış sayı:
3666

ABŞ-ın “Yeni Suriya Ordusu” adı altında terrorçulara təlim verdiyi və müharibəyə hazırladığı ortaya çıxıb.
 
ABŞ-ın Suriyanın Hasəkə şəhərində terrorçulara təlim verdiyi və “Yeni Suriya Ordusu” adı altında fəaliyyət göstərdiyi ortaya çıxıb.
Rus xəbər saytı “RT”-nin verdiyi xəbərə görə, Amerikalı təlimçilərin terror təşkilatı PKK/PYD-nin nəzarət altında saxladığı Suriyanın Hasəkə bölgəsində "Yeni Suriya Ordusu" adı altında bir qurum yaratdığı və uzun müddətdir ki, dəstək verdikləri bildirilib.
6 ay öncə təlimə başladıqları qeyd olunan yeni qurumun tərkibində azad edilən 400 İŞİD terrorçusunun da yer aldığı və yeni formalaşdırılan terrorçu “ordu”sunun sayının minə yaxınlaşdığı iddia edilib.
Əksəriyyəti evlərinə qayıdan Suriyalı mühacirlərdən ibarət olan yeni ordunun məqsədinin isə Suriyanın cənubunda Əsəd rejiminə qarşı döyüşmək olduğu açıqlanıb.
 
TERROR TƏŞKİLATLARI ƏSƏDƏ QARŞI BİRLƏŞDİ
 
Qeyd edək ki, ötən günlərdə terror təşkilatı PKK/PYD və İŞİD-in Əsəd rejiminə qarşı birləşdiyi ortaya çıxmışdı. ABŞ-ın məhv olma səviyyəsinə gələn İŞİD terrorçularını PYD/PKK himayəsi altında azad edərək, Hasəkə düşərgələrinə yerləşdirdiyi və Əsəd rejiminə qarşı döyüşdürmək istədiyi bildirilmişdi.
Digər tərəfdən, İŞİD-in Suriya və İraqda məğlub olmasına və ABŞ-ın Türkiyənin etirazlarına baxmayaraq, israrla PKK/PYD-yə hələ də silah göndərməsinin səbəblərindən biri də ortaya çıxmış oldu.
Müxalifət.az