​​ ABŞ-ın yeni sanksiyalarına hazırıq - RUSIYA

ABŞ-ın Rusiyanın müdafiə sənayesinə qarşı yeni sanksiyaları Moskvanı zəiflətməyəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin söyləyib. Onun sözlərinə görə, bu sanksiyalar əsasən qlobal terrorizmlə mübarizəyə təsir göstərəcək:
“Sanksiyalar bizi silahsızlaşdırmayacaq. Zəifləməyəcəyik, çünki buna çoxdan hazırıq. Bu sanksiyalar əsasən qlobal terrorizmlə mübarizəyə təsir göstərəcək”.
Qeyd edək ki, ABŞ Rusiya müdafiə sənayesinə qarşı yeni sanksiyalar hazırlayır. Tillerson artıq sanksiyaların tətbiq olunacağı müəssisələrin siyahısını hazırlayıb.