ABŞ-ın yeni oyunu ortaya çıxdı! İŞİD-çılara pasport verərək...

Baxış sayı:
4144

ABŞ İŞİD-la bağlı yeni oyunlara hazırlaşır. Bu ana qədər PKK-ya aid düşərgələrdə təxminən 2 min İŞİD-çını sorğulayan MKİ, bunlardan 140-na saxta pasport verib. Terrorçular yeni gizli planları üçün yeni ad, yeni pasportları ilə İraq vasitəsilə bölgədən çıxarılırlar.
 
MKİ Deyrizor'un Kəsra, Biseyra, El Ömər və Suvar bölgələrini hərbi bölgə elan edərək bütün vətəndaşlar üçün bu bölgələrə giriş və çıxışları bağlayıb. Pentaqon tərəfindən qorunan bölgələrdə müəyyən edilmiş xüsusi şəxslərin sorğusu aparılır.
Sorğulanan döyüşçülərdən bəziləri MKİ tərəfindən müəyyən olunan gizli toplama mərkəzi olan Əbu Haşemə aparılır.
 
2000 İŞİD-çı SORĞULANDI
 
MKİ-nin yaratdığı sorğu məntəqələri İsrail, Fransız və İngilis gizli xidmətləri tərəfindən ziyarət edilir. Digər tərəfdən, yenə bu düşərgələrdə müəyyən olunan şəxslərə yeni pasport təşkil edilərək İraq üzərindən çıxışları təmin edilir.
2000 İŞİD-çının sorğulandığı, onlardan yalnız 140-na MKİ tərəfindən pasport verildiyi müəyyən olunub. Yeni pasport verilən İŞİD-çılar ABŞ-ın gizli planları üçün İraqdan çıxarılır.
Terror təşkilatı İŞİD-ın lideri Əbu Bəkir El Bağdadinin Amerikanın nəzarətində hərəkət etdiyi ortaya çıxıb. Bağdadinin ABŞ-a məxsus zirehli texnikalardakı fotoşəkilləri yayımlanıb. Bagosdakı hücumlardan qaçan İŞİD döyüşçüləri fotoşəkilləri təsdiqləyib.
ABŞ və PKK tərəfindən İŞİD-dan 5 tondan çox qızıl və 25 milyon dollar aldığı müəyyən olunub. “Yeni Şəfəq” qəzetinin əldə etdiyi məlumatlara görə, Bağdadi ABŞ-ın himayəsindədir. ABŞ zirehli texnikalarında çəkilən fotoşəkilin terror təşkilatı lideri Bağdadiyə aid olduğunu bölgədən qaçan İŞİD terrorçuları da təsdiqləyib.
Müxalifət.az