ABŞ-ın yeni oyunu: “MÜŞAHİDƏÇİLİK” ADI ALTINDA İŞĞAL

Müstəqillik xəyalını gerçəkləşdirə bilməyən IKBY və Bərzani, regionu yenidən yanğına atacaq bir həmlə həvəsindədir. IKBY, Türkiyə sərhədində Peşmərgə və İraq ordusundan ibarət olan müştərək gücün yerləşməsini, ABŞ əsgərinin də buna müşahidəçi olmasını istəyir Bu plan Suriyadakı terror dəhlizini İraqın şimalına daşımağı hədəfləyir.
 
Bu plana silah arsenalının nəql dəhlizinin bağlanmaması üçün ABŞ-ın Suriyadakı nümayəndəsi Makgurkün son “gedişu” kimi də baxmaq olar.
 
İraq və Suriyanın şimalında mövcud olan Ərbil-Hasəkə dəhlizini istifadə edərək terror təşkilatı PKK-ya minlərlə TIR dolu silah arsenalı sövq edən ABŞ, Türkiyə sərhədindəki Fiş Habur regionunun tamamilə Bağdadın nəzarətinə girməsinə mane olmağa çalışır. Suriya PKK-sının yönəticisi Brett Makgurk günlərdir Ərbildə bu istiqamətdə intensiv çalışır. Qondarma referendumun ardından bütün qapılar üzünə bağlanan IKBY və Bərzani, Makgurkün təşviqi ilə yeni bir hiyləni işə salıb. İraqın sərhəd qapılarını təhvil verməmək üçün ortalığa atdığı hiyləgər təklif, Türkiyə sərhədində Peşmərgə və İraq ordusundan ibarət olan müştərək gücün yerləşdiyi və ABŞ rəhbərliyindəki koalisiya güclərinin müşahidəçi olduğu bir modeldən ibarətdir. PKK/PYD-yə gedən avtomobil yolunu təminata almağa çalışan bu həmləyə qəti zərbənin İraq ordusu və Türk əsgərinin ildırım hərəkatı ilə vurula biləcəyindən danışılır. Peşmərgə sərhəd qapılarının dövr edilməsində günahlandırdığı Bağdad da, bölgəyə yönəlik geniş əməliyyatın hər an başlaya biləcəyi siqnalını verib.
 
 O MÜRACİƏTİ BAĞDADIN ETMƏSİ LAZIMDIR
 
Silopinin cənubundakı Zaho-Fiş Habur bölgəsinin Bağdad nəzarətinə girməsi, ABŞ-ın İraqın şimalına gətirdiyi silahları Fiş Habur-Semelka qapısından quru yolla Suriyaya daşıya bilməsinin üstündən xətt çəkəcək. Bağdad mərkəzi rəhbərliyi, İraqdan Suriyaya açılan cənubdakı digər qapı Yarubiyəyi də bir müddət əvvəl Peşmərgədən almışdı. Burada Bağdad qüvvələrinə qarşı Peşmərgə hücumları davam edir. Yarubiyədən sonra Fiş Habur qapısının da "təhlükəyə” girməsi, PKK dəstəkçisi Pentaqonu ciddi narahat edib. Son dövrdə Türkiyə-İraq-İran arasında yaranan birliyə dözməyən ABŞ, İraqın şimalındakı terror xəttində bu dəfə “müşahidəçi” sifətilə hökmran olmaq istəyir. İKBY tərəfindən irəli sürülən "müşahidəçi” şərtinin bölgədə heç bir qarşılığı yoxdur. Çünki sərhəd qapılarında "müşahidəçi” statusunun yaranması üçün əvvəlcə Bağdadın müraciət etməsi və sonra Birləşmiş Millətlər Təşkilatının qərarı lazımdır.
 

Yeni xətt buradan keçəcək
 
Şırnakın Silopi rayonunun qarşısındakı, İraqın Duhok şəhərinin Zaho rayonu sərhədlərində inşa ediləcək yeni sərhəd qapısının yerləşdiyi ərazi hazırda Peşmərgə qüvvələrinin nəzarətindədir. Peşmərgə qüvvələri həmin ərazini 1991-ci ildən bu yana əlində saxlayır və bura mübahisəli bölgələr arasında da yer almır. Ovaköy, İraq-Suriya sərhədində olan Fiş Haburdan isə təxminən 10 kilometr məsafədə yerləşir.
 

 Fiş Habur Sərhəd Qapısı
 
Hərəkat yavaşıdı
 
 Bağdad rəhbərliyinin Fiş Habura qarşı keçirəcəyi hərəkatın ləng getməsi diqqətdən yayınmır. İraq gücləri, 16 oktyabrdan əvvəl Ovaköyden təxminən 95 kilometr məsafədə yerləşən, Mosulun şimal-qərbindəki Telafer-Zummar-Mosul yolunda yerləşirdi. Əməliyyatdan sonra isə həmin qüvvələr bir neçə gün içərisində 55 kilometrlik sürətli irəliləyiş əldə etməklə Ovaköyə olan məsafəni 40 kilometrə qədər azaltdı. İraq ordusu hazırda Dəclə çayının qərbindəki Zummar qəsəbəsinin Eyn Uvays kəndində gözləməkdədir.
 
Tədbir görülməsə, qapıda ABŞ hərbçilərini görəcəyik
 
 Gündəmə gətirilən "müşahidəçi” həmləsi ilə ABŞ bir daşla iki quş vurmağı hədəfləyir. Pentaqon həm Suriya PKK-sına silah nəql etdiyi xətti qorumaq istəyir, həm də bölgədə Türkiyənin keçirməyi planlaşdırdığı hərəkatı əngəlləmək istəyir. Hərbi mənbələr, Habur qarşısındakı İbrahim Xəlil Sərhəd Qapısında amerikan əsgərinin müşahidəçi sifətində yerləşməsi vəziyyətində, ABŞ-ın Suriyada olduğu kimi, Türkiyənin hərəkət imkanlarını məhdudlaşdıracağı xəbərdarlığı edir. Bundan başqa, belə durumda İraqın şimalındakı Türk əsgərlərinə heyətin yenilənməsi və təhcizat məsələlərinin həlli də Pentaqonun icazəsi ilə mümkün olacaq. Ona görə də Ankaranın hər nə bahasına olursa, olsun bunun qarşısını alması lazımdır.
 
Ovaköy oyunu pozacaq
 
Fiş Habur bölgəsi, İraq ilə Suriya arasında “terror xəttinin" yeganə nöqtəsidir. ABŞ, Suriya PKK-sına silah-sursat-lojistik dəstəyini buradakı avtomobil yolundan çatdırır. Pentaqon, Ərbilə təyyarələrlə gətirdiyi bütün silah sistemləri və materialları Dəclə çayı üzərindən keçirərək bu regiondan Suriyaya daşıyır. Habur Sərhəd Qapısı və qarşısındakı İbrahim Xəlil Qapısının Bağdad güclərinə dövr edilməsi başa çatdırıldı. Bərzaniyə iqtisadi cəhətdən böyük zərbə vuracaq Ovaköy Sərhəd Qapısı üçün də hazırlıqların sürətləndirilməsinə ehtiyac vardır. Çünki Ovaköy-Telafər-Bağdad xətti Türkiyə sərhədinin digər tərəfində olan Fiş Haburdan keçəcək və Peşmərgə-PKK əlaqəsini kəsmiş olacaq. Bu xətt İraq-Türkiyə ticarət yolunun əsas obyektinə çevrilməklə bərabər, terror dəhlizinin ürəyinə də bir zərbə endirəcək. ABŞ-ın Fiş Haburun nəzarətinin Bağdada keçməsinin qarşısını almaq cəhdinin arxasında da məhz bu durur. ABŞ əgər "müşahidəçi” tələsində israr edərsə, Silopidə İraq əsgərləri ilə birlikdə uzun müddətdir ki, təlim keçirən TSK-nın birgə bölgəyə müdaxilə edə biləcəyi bildirilir.

Şırnakın Silopi rayonundakı Habur Sərhəd Qapısı yaxınlığında 18 sentyabrda başlanan hərbi təlim davam edir. İraqlı hərbçilərin də iştirak etdiyi təlimdə dünən zirehli maşınlara baxış keçirilib. Sərhəd xəttində Peşmərgə, yaxud PKK-ya meydan verəcək hansısa dəyişikliklər olduğu təqdirdə TSK, Silopidə təlim verilən İraq əsgərləri ilə birlikdə Zaho-Fiş Habur bölgəsinə əməliyyata başlayacaq.
Müxalifət.az