ABŞ-ın yeni nüvə bombası bu tarixdə istifadəyə veriləcək
5-10-2018 11:03
Baxış sayı:
10207
ABŞ-ın B61-12 nüvə bombasının layihə qiymətləndirilməsi başa çatıb.
Bu haqda ölkənin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası bəyanat verib.
Bildirilib ki, nüvə bombasının birinci nümunəsi 2020-ci ilin martında istifadəyə veriləcək.
B61-12ı ABŞ nüvə arsenalının yenilənməsi proqramı çərçivəsində hazırlanıb. Bu bombalar silahlanmada B61-3, B61-4, B61-7, B61-10-u əvəz edəcək.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Nüvə Təhlükəsizliyi Milli Administrasiyası ilə birgə bu ilin iyununda ilk dəfə "B-2 Spirit" strateji bombardmançı təyyarələrdə B61-12 idarə olunan nüvə bombasını sınaqdan keçirib.