ABŞ-ın yeni Müdafiə Naziri kim olacaq? – Trampdan təyinat

Baxış sayı:
11302

ABŞ prezidenti Donald Trampın gələn həftə Patrik Şanahanı Müdafiə naziri vəzifəsinə təyin etməsi gözlənilir.
 
ABŞ prezidentinə yaxın televiza kanalı olan “Fox News” xəbər verir ki, bu barədə Tramp administrasiyasının iki rəsmisi bildirib.
Qeyd edək ki, bu vaxta qədər Patrik Şanahan haqqında Pentaqon daxilində araşdırma aparılırdı və bir neçə gün öncə bu araşdırma onun keçmiş iş yeri olan “Boeing”in mənfəəti naminə hər hansı bir fəaliyyətdə olmaması ilə bağlı nəticə ilə yekunlaşdı.
Şanahan Pentaqona gəlməzdən öncə 30 il ərzində “Boeing”də çalışıb. Sabiq Pentaqon rəhbəri Ceyms Mettisin istefasından sonra onun səlahiyyətlərinin icrasına başlayan Şanahan haqqında nüfuzlu “Politico” dərgisində yazı çıxmış və onun “Lockheed Martin”in F-35 proqramı ilə bağlı “bezdim” (F-ed up”) ifadələrini səsləndirdiyi iddia edilmişdi. Məhz bundan sonra Pentaqonun Baş müfəttişi Şanahanın fəaliyyəti ilə bağlı istintaq başladıb.