ABŞ-ın YENİ HƏDƏFİ - XAOS

Amerika maraqları üçün yeni bir qanlı planını həyata keçirir.
Türkiyənin cənubunda imperializmin vasitəçiliyini edən terror təşkilatı PYD/YPG-yə verilən 3 min 500 TIR yüklü silahın, İŞİD-in təsirini itirməsindən sonra bölgədə yaradılmaq istənən terror dövlətinə zəmin hazırlayacaq iğtişaş törətmək üçün istifadə ediləcəyi qeyd olunub.
İŞİD ilə mübarizə adı altında digər bir terror təşkilatı PYD/YPG-yə 3 min 500 TIR yüklü silah verən ABŞ-ın bu silahlarla bağlı hansı qərar verəcəyi müzakirə predmeti idi. Ötən günlərdə İŞİD terrorçularını yük maşınları ilə Rakkadan yola salan ABD-PYD/YPG koalisiyasının əllərindəki 3 min 500 TIR yüklü silahı Suriyanın şimalında yaradılmaq istənən terror dövlətinin məqsədi üçün istifadə ediləcəyi qeyd olunub.
İRAQDA DA ALMADILAR
ABŞ rəsmiləri İŞİD-ə qarşı əməliyyatlar yekunlaşdıqdan sonra PYD-dən verdiyi silahları geri alacağı vədinə baxmayaraq, heç bir silah alınmayıb və artıq bu mövzu müzakirə obyekti belə deyil. Amerika, İraqda da müxtəlif qruplara verdiyi yüzlərlə TIR yüklü silah vermişdi. Ancaq sonradan bu silahlardan geriyə tək bir güllə belə alınmadı. İŞİD-in bitməsi ilə regionda xaos mühitinin davam etdirilməsi ABŞ-ın planları çərçivəsindədir. Pentaqon rəhbərinin ABŞ əsgərinin Suriyada bundan sonra da qalacağı haqda açıqlaması bunu təsdiq edir. Artıq ABŞ-ın aləti olan PYD/YPG terror təşkilatı isə indidən xaos planları üzərində işləməyə başlayıb desək, səhv etmərik.
Müxalifət.az