ABŞ yeni FETO-sunu TAPDI!

Baxış sayı:
6220

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin sağ qolu olan Şeyx Məhəmməd Abdulkərim əl-İsa ABŞ-ın yeni FETÖ-su oldu. Amerikanın "mötədil İslam, dinlərarası dialoq, İbrahimi dinlər birliyi və s." mövzulardakı yeni adamı budur.
 
Bu şəxsin adı, Şeyx Məhəmməd Abdulkərim əl-İsadır. 1965-ci il təvəllüdlüdür. İslam ilahiyyatı haqqında akademik çalışmaları olan, xüsusilə hüquq sahəsində mütəxəssisdir, Səudiyyə Ərəbistanının Ədliyyə Nazirliyi məqamında olmuş bir şəxsdir. İndi, Müsəlman Dünya Birliyinin baş katibidir.
Pensilvaniyada outran Fətullah Gülənə artıq “keçmiş olsun” demək olar, çünki Amerikanın "mötədil İslam, dinlərarası dialoq, İbrahimi dinlər birliyi və s." mövzulardakı yeni adamı budur.
Üstəlik, işi, "Səudiyyə Ərəbistanında “Vəhabilik” deyə, bir şey yoxdur" deyən vəliəhd şahzadə Məhəmməd ibn Salmanın da sağ qoludur, yəni, neft-dolar dənizində üzən ölkəsində özünü təminata almaq üçün çevrilişə-zada da ehtiyac yoxdur.

“Hər uğurlu kişinin arxasında bir qadın var” deyirlər, doğrudur, lakin Şeyx Məhəmmədi bu mövqeyə daşıyan şəxs öz həyat yoldaşı deyil, uzaqlardan bir mütəxəssisdir, adı da Farah Pandith.
Hindistan əsilli Müsəlman Amerikalı Pandith, ABŞ Xarici İşlər Nazirliyinin tarixində ilk "Müsəlman ölkələr üzrə xüsusi nümayəndə" ünvanını daşıyır. Hazırda Harvard Universitetinin elmi üzvü olacaq qədər yaxşı yetişmiş bir Amerikalı, vəzifədə olduğu 10 il ərzində tam 80 Müsəlman ölkəsini ziyarət edib, ABŞ-ın İslam dünyasına yönəlmiş strategiyasının əsasını yaradacaq hesabatlar hazırlayıb.
 
FETÖ-yu YAXINDA TƏHVİL VERİRLƏR
 
Görünən odur ki, Pensilvaniyadakı Gülənin günlərinin getdikcə azalmasıdır, yəni, Dövlət Bağçalının dediyinin əksinə olaraq artıq "başa torba keçirməyə" gərək qalmayacaq.
Hazırda Məhəmməd bin Salman və Şeyx Məhəmməd Abdulkərim əl-İsa ilə çalışacaq yeni bir Türk isim hazırlayırlar, gözlənilməz bir gündə Türkiyəyə (eynilə Öcalan hadisəsində olduğu kimi) əhəmiyyətli bir paket göndərə bilərlər.
Müxalifət.az