ABŞ yenə geri addım atdı - Rusiya...

Baxış sayı:
9760

ABŞ Rusiyaya aid 3 şirkətə tətbiq etdiyi sanksiyaları ləğv edib.
Bu barədə ABŞ maliyyə naziri Stiven Mançin informasiya verib.
O, Konqres üzvləri ilə görüşündən sonra rus şirkətləri olan “En+”, “Rusal” və “Evrosibenerqo” şirkətlərinin qara siyahıdan çıxarılacağını deyib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi ötən ilin aprel ayında Rusiyanın adıçəkilən şirkətlərlə yanaşı, hərbi ixracat şirkətləri olan “Rosoboronexport”, “GAZ Group”, “Russkie Maşinı”, “Bazoviy Element”, “B-Financу”, “Evrosibenerqo”, “Kuban Argo”, “Gazprom Burenie”, “NPV Engineering”, “Ladoga Management” və “Genova”ya sanksiya tətbiq etmişdi.