ABŞ yenə də təəccübləndirmədi! İkili standart

Baxış sayı:
5644

 Amerika Birləşmiş Ştatlarının açıqladığı 2018 İnsan Hüquqları Hesabatında, Camal Qaşıqçı cinayətilə əlaqədar detallar da gözdən qaçmayıb. ABŞ yenə həmişəki kimi özünə düşmən saydığı ölkələri avtoritarizm və insan hüquqlarının tapdanması ilə ittiham edərkən, geosiyasi maraqları olan və müttəfiq saydığı bir çox despotik ölkə rəhbərliyinin əməllərini yenə də görməzdən gəlib. Xüsusilə də Camal Qaşıqçı cinayəti ilə bağlı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın adının hesabatda ümumiyyətlə çəkilməməsi diqqətlərdən qaçmayıb və bir daha ABŞ-ın riyakar ikili standartını ortaya qoyub.
ABŞ Xarici İşlər Nazirliyinin açıqladığı 2018 İnsan Haqları Hesabatının Səudiyyə Ərəbistanı bölümündə yer alan Camal Qaşıqçı cinayətilə bağlı hissədə vəliəhd şahzadə Məhəmməd İbn Salmanın adı sanki bu hadisədən xəbərsizmiş kimi çəkilməyib.
Nazirliyin hər il dərc etdiyi hesabat xarici işlər naziri Mayk Pompeonun iştirak etdiyi mətbuat konfransında ictimaiyyətin diqqətinə çatdırılıb.
Müxalifət.az