ABŞ Yaxın Şərqi xaosa sürükləyir - İSRAİL ÜÇÜN...

Baxış sayı:
4432

ABŞ prezidenti Donald Tramp İsrailin təhlükəsizliyini artırmaq üçün Yaxın Şərqi xaosa sürükləyir. 

Bununla bağlı Türkiyənin BMT-dəki keçmiş hərbi müşaviri Ediz Ekinci münasibət bildirib. Ekinçi ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdəki əməliyyat sahəsini yenidən qurduğunu deyib: "ABŞ İsrailin təhlükəsizliyi üçün Yaxın Şərqdəki əməliyyatlar sahəsini yenidən qurur. İŞİD, PKK / PYD terror təşkilatı ilə Suriyanı şəkilləndirdi və bu, davam edir. Golan Təpələrinin İsrailin ərazisi kimi ABŞ tərəfindən tanınması mövzusu bu şəkilləndirmənin ən bariz nümunəsi olaraq göstərilə bilər. İranı bölgədən çıxarmaq istəyirlər və hərbi- siyasi alətlərin bir qarışığını tətbiq edirlər. Rusiyaya baxmayaraq İsraillə birgə İranın mövqelərini vururlar. Yəni burada da Rusiya ilə qarşılıqlı mənfəətlər söhbət predmetidir. İranı öz torpaqlarında həbi-siyasi cəhətdən təsirsiz hala gətirmək, İsrailin nüfuz və maraq dairəsindəki əlaqələrini kəsmək üçün Körfəzdə və İraqda yenidən hərbi gücünü təşkil edərək mərkəz yaratmaq istəyirlər”.

Müxalifət.az