ABŞ yanlış “Qüds” qərarı ilə BMT-də TƏKLƏNDİ

Baxış sayı:
6571

“CNN İnternational”, ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi qərarının ABŞ-ı yalnızlaştırdığını qeyd edib. Digər tərəfdən, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, Fələstinli nümayəndə danışarkən iclası tərk edərək zaldan çıxıb.
 
CNN, Vaşinqton rəhbərliyi ilə dünyanın geri qalanı arasındakı uçurumun, Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü ölkələrin Qəzza sərhədindəki zorakılıq hadisələrindən duyduqları qəzəbi dilə gətirərkən, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haleyin “Həması” ittiham etməsi ilə daha da dərinləşdiyini yazıb.
 
HALEY TƏNQİD EDİLİB
 
Xəbərdə, Haleyin dünən Küveytin tələbi ilə BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) növbədənkənar iclasındakı çıxışında "İsrailin 70-ci müstəqillik yubileyini" təbrik etdiyi, ancaq Fələstində yaşanan qətliama toxunmadığı bildirilərək tənqid edilib.
 
ABŞ-ın TƏNHALIĞI NÜMAYİŞ ETDİRİLDİ
 
CNN-in xəbərinə görə, dünən Küveytin tələbi ilə BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) növbədənkənar iclası, ABŞ-ın digər üzv ölkələrin əksəriyyəti qarşısındakı tənhalığını nümayiş etdirib.
 
HALEY: DANIŞILMASINA EHTİYAC YOXDUR
 
BMT TŞ-nın sessiyasında, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, BMT-yə üzv ölkələrin böyük əksəriyyətindən fərqli bir mövqe nümayiş etdirərək, "Şuranın nədən İran zorakılığını danışmadığını, zorakılıqla səfirliyin açılışı arasında əlaqənin olmadıdğı, bu məsələnin Şurada danışılmasına ehtiyacın olmadığı" istiqamətində fikir bildirib.
Müxalifət.az