​ABŞ yanlış qərardan dönməlidir - Arınc

Baxış sayı:
3802

Tramp adminitrasiyasının Türkiyə ilə bağlı vermiş olduğu sanksiya qərarı strateji müttəfiqliyimizin təbiətinə ziddir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin keçmiş spikeri Bülənt Arınc deyib.
“Bu qərar qəbuledilməzdir. ABŞ tez bir zamanda yanlış qərardan dönməlidir. Əlaqələrimizin bərpa edilməyəcək səviyyədə pozulması üçün zəmin yaranıb”, - deyə Arınc bildirib.
Qeyd edək ki, dünən ABŞ adminitrasiyası 2 türkiyəli nazirə sanksiya tətbiq edib.