ABŞ yalnız Türkiyəni qorxutmaq istəmir, eləcə də... - Litovkin

Baxış sayı:
9853

S-400 raket əleyhinə müdafiə sistemini işlədə biləcək 100-dən çox Türkiyə zabiti bu ayın sonu kursa başlayacaq.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin bildirib.
ABŞ-ın təhdidlərindən danışan Litovkin bunları deyib:
"Belə bir informasiya müharibəsi, haqsız rəqabət yalnız Türkiyəni deyil, ABŞ "Patriot"undan daha yaxşı və 2.5 dəfə ucuz olan bu sistemi almağa namizəd digər NATO ölkələrini də qorxutmağa yönəlib. ABŞ-ın gücü hər şeyə qadir deyil. Rusiya ilə əməkdaşlıq ABŞ üçün bir problemdir, halbuki bu ölkələr yalnız öz maraqlarını müdafiə edir".