ABŞ Xəzinəsi Trampa müqavimət göstərir – İRAN MÜBAHİSƏSİ

Baxış sayı:
2989

Serdar Turgut - Habertürk
 
Amerikanın İrana sanksiyaları mövzusunda danışmaq üçün görüşmək istədiyim ABŞ səlahiyyətlisi, cavabında "Sən bu gün Coş Roginin yazısını oxu" - dedi.
 Coş Rogin milli təhlükəsizlik məsələlərində “Vaşinqton Post”-da yazan, mənim də çox bəyəndiyim və fikirlərinə dəyər verdiyim bir yazardır.
 
 
 Coş Rogin
 
 Diqqətlə izləyirəm onu və o günkü yazısını daha sonra oxumaq üçün ayırmışdım.
 Hakimiyyətdəki mənbə diqqətimi bu yazıya yönəldikdən sonra üstünlük verdim bu yazıya.
 Amerika Xəzinə Nazirliyi ilə Ağ Ev arasında İrana sanksiyalar məsələsində ciddi bir münaqişə olduğu deyilir.
 Prezident Trampın İrana qarşı daha da sərtləşmə və gərginliyin artırılmasından yana olduğu, ancaq Xəzinənin buna qarşı çıxdığı qeyd edilir. Xəzinə Nazirliyi, İran ilə məsələnin bir şəkildə razılaşdırılmasını istəyən müttəfiq ölkələrlə Amerikanın daha çox ziddiyyətdə olmasını istəmir.
 
SWIFT SİSTEMİ
 
Ağ Ev ilə Xəzinə arasında ən son konkret gərginlik swift sistemi üzündən baş verib.
 Prezident Tramp, İranın valyuta köçürməsi ilə bağlı beynəlxalq əməliyyat keçirməsini əngəlləmək üçün swift sistemindən xaric olunmasını istəyir.
 Bunun üçün Xəzinə Nazirliyinin müvafiq sənədi hazırlamasını istəyib 26 iyul tarixində.
 Xəzinə isə bu addımın atılmasına tamamilə qarşıdır və istənilən sənədi hələ də göndərməyib Ağ Evə.
 
MNUÇIN-TRAMP CƏBHƏSİNDƏ ÇATLAQ
 
Xəzinə naziri Mnuçin, ümumiyyətlə, həm evangelistlərə yaxınlıq, həm də xarici siyasət məsələlərində Tramp ilə razılaşır, buna görə İran məsələsində bu son baş verən münaqişə Vaşinqtonda çaşqınlıq yaradıb.
 
 
ABŞ Xəzinə Naziri Stiven Mnuçin
 
Xəzinə, İran məsələsində hakimiyyətin gərginliyi daha çox artırmasının Amerikanın milli təhlükəsizlik maraqlarına zərər verəcəyini və ABŞ-ın müttəfiqləri ilə onsuz da pozuq olan münasibətlərini daha da korlayacağını düşünür.
 Avropa ölkələrinin və Türkiyənin İrana sanksiyalar məsələsində ABŞ-dan tamamilə fərqli mövqedə olduğu və Amerikanın bu məsələdə israrı ilə münasibətləri daha da pozmasının doğru olmayacağı danışılır.
 
MATTIS DƏ XƏZİNƏ TƏRƏFİNDƏDİR
 
Üstəlik müdafiə naziri Mattisin də bu məsələdə Xəzinə ilə eyni fikri müdafiə etdiyi vurğulanır.
 Bu da çox maraqlıdır, çünki nazir Mattis keçmişdə CENTCOM komandiri ikən İrana qarşı olan ən şahin komandirlərdən biri olub.
 İndi isə İrana qarşı daha çox sərtləşməni dəstəkləmir.
 Buradakı mənbələr, "Həm Xəzinə, həm də Müdafiə Nazirliyi daha böyük dünya mənzərəsinə baxıb, Amerikanın indiki siyasətinin düzgün olmadığını gördülər" şərhini edirlər.
Hazırladı: Müxalifət.az