ABŞ XIN-dən “Türkiyə” açıqlaması!

Baxış sayı:
6325

ABŞ-XİN-in sözçüsü Nayert, İzmirdə terror təşkilatları FETÖ və PKK adına cinayət törətdiyi və casusluq etdiyi iddiasıyla ev həbsində olan ABŞ-lı keşiş Endryu Kreyq Brunson ilə bağlı açıqlama verib.
 
Nayert, Çavuşoğlu ilə Pompeo arasındakı görüşə istinad edərək, “Telefon danışığı aparmaq əhəmiyyətli bir işarədir. Söhbət etmiş olmaları qətiyyən zərər verməz, biz bu dialoqun vacibliyinə inanırıq" deyib.
Türkiyə ilə ABŞ arasında razılığa gəlib gəlmədikləri haqqındakı bir suala isə Nayert, "Əgər bir razılığa gəlsəydik keşiş Brunson və digər Amerikalılar burada, evlərində olardılar" deyə, cavab verib.
Brunson məsələsində "çox səy göstərdiklərini" bildirən Nayert, Türk və Amerikalı nümayəndə heyətləri arasında Vaşinqtonda keçirilməsi gözlənilən görüş haqqında məlumat verməkdən çəkinib.
Müxalifət.az