​ABŞ-a xəbərdarlıq: “Əli-qolu bağlı qalmayacağıq”

Baxış sayı:
301

İraq XİN ABŞ-ın İrana sanksiyalarını rədd elədi

Muxalifet.az xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi Amerikanın İrana qarşı sanksiyalarını rədd elədiyini bəyan edib.
Nazirliyin mətbuat katibi Əhməd Mahcub yazılı açıqlamasında bildirib: “İraq hər hansı bir ölkəyə tətbiq edilən və bütün təbəqələri ilə xalqına zərər verən hər cür embarqonu rədd edir. Böhranlarda bizə dəstək olan qonşu ölkə İranın şərəfli davranışını da unutmarıq”.
Hər hansı bir ölkəyə vurulan zərərin bütün bölgənin təhlükəsizlik və sabitliyinə mənfi şəkildə təsir göstərəcəyini qeyd edən Mahcub yazıb: “İran İslam Pespublikasının terrorla mübarizədə İraqa yardımını təqdir edirik. Beynəlxalq ictimaiyyəti bu sanksiya qərarından vaz keçməyə çağırırıq. Bunun qonşu olduğu üçün İraqa və bütün bölgəyə iqtisadi və sosial mənada böyük mənfi təsirləri olacaq”.
İraqda seçkilərin qalibi olan partiyanın sədri Muktəda əl-Sədr isə dyib: “ABŞ qərarından vaz keçməsə də, biz xalqalara zərər verməsinə qarşı əli bağlı qalmayacağıq”.
İraq prezidenti Fuad Məsum ABŞ-ın İrana qarşı sanksiyalara tabe olmalarının çətin olacağını bildirmişdi.
İraqın baş naziri Heydər əl-İbadinin ABŞ-ın İrana qarşı sanksiyalarına tabe olmaq məcburiyyətində olmalarını bildirən açıqlaması ölkədə narazılıqla qarşılanmışdı. İbadi demişdi: “İraq olaraq beynəlxalq sanksiyalara qarşıyıq. İraq bu təcrübəni yaşayıb. Sanksiyalar ölkəni və xalqı yormuşdu. Lakin xalqımızın zərər görməməsi üçün İrana qarşı sanksiya qərarına tabe olacağıq. Çünki biz də beynəlxalq iqtisadi sistemdən kənarda qala bilmərik”.
Seçkilərdə ikinci yeri tutan Fetih Koalisiyasının mətbuat nümayəndəsi Əhməd əl-Əsədi buna etirazını bildirərək demişdi: “Baş nazirin sanksiya ilə bağlı sözlərinin altından qırmızı xətt çəkirik. İbadi siyasi mənfəət əldə eləmək üçün ABŞ-dan yararlanmaq niyyətindədir”.
İbadinin üzvü olduğu İraq İslami Mübarizə Partiyası və lideri Nuri el-Maliki də açıqlamalarında bu sanksiyaları rədd elədiklərini bildirib.