ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Baxış sayı:
8097

Birləşmiş Ştatlar Sakit okeanın qərb hissəsində öz üstünlüyünü itirib və açıq münaqişə başlanacağı halda, Çinə qarşı dura bilməyəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, belə nəticəyə Avstraliyanın Sidney Universitetinin ABŞ-ın öyrənilməsi Mərkəzinin mütəxəssisləri gəliblər.
“Hind-Sakit okeanı regionunda Amerika müdafiə strategiyası görünməmiş böhran yaşayır. Bu böhranın əsasında Vaşinqtonun strateji hədəfləri və əlində olan vasitələr arasındakı uyğunsuzluq dayanır”, - məruzədə deyilir.
Ekspertlərin fikrincə, hərçənd Amerika ordusunun rəhbərliyi bu problemlərlə mübarizə aparmağa çalışır.
Tədqiqatçılar göstərirlər ki, son onillikdə ABŞ-ın müdafiə büdcəsi ləngimələrdən və maliyyələşmənin gözlənilməzliyindən əziyyət çəkir. Buna görə də Pentaqonda ordunun sayını artırmaq və yeni silahları almaq imkanları yoxdur. Yeni proqramların tətbiqinin ləngiməsi və ləğvi silahlı qüvvələrin müasirləşməsində geriliyə gətirib çıxarıb.
Məruzənin müəllifləri hesab edirlər ki, bundan başqa, son 20 il ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlarda daim iştirak edir, amma vəsaiti başqa super dövlətlərlə mümkün münaqişəyə hazırlığın saxlanılmasına xərcləmək mümkün idi.
Ekspertlər ABŞ-ı və Avstraliya və Yaponiya da daxil olmaqla onun müttəfiqlərini hərbi büdcəsi sürətlə inkişaf edən Çinlə qarşıdurma qərarını təkrar gözdən keçirməyə çağırırlar. Onların məlumatlarına görə, Çin Xalq Azadlıq ordusu kiçik mənzilli təxminən 1,5 min ballistik raket, orta mənzilli 450 və yüzlərlə böyük mənzilli raket yerləşdirib.