ABŞ vurmağa hazırlaşır: ƏSƏD HƏRBİ BAZALARI BOŞALDIR

Baxış sayı:
2905

MKİ və Pentaqon Əsəd rejiminə aid 22 kritik nöqtənin xəritəsini çıxarıb. Hədəflər arasında İran dəstəkli Şiə milis mərkəzləri ilə içində Rus əsgərlərinin olduğu Xüms və Tartustaki bazalar də var. Alman xəbər agentliyi, hədəf ola biləcək bəzi hərbi bazaların boşaldıldığını bildirib.
 
Amerika ordusunun sözçüsü polkovnik Patrik Rayder, "Hərbi variant qətiyyətlə istifadə edəcəyimiz bir seçimdir. Bu dəhşətli hadisə fonunda olduğumuz vəziyyət budur ki, potensial hərbi variantlara baxırıq və bunu prezident Trampa təqdim edəcəyik" deyib. Gecə saatlarında ABŞ, Fransa və Böyük Britaniya arasındakı görüşdə Suriyada atılacaq addımlar müzakirə olunub. Sözügedən görüşlər, ABŞ-ın hücumu təkbaşına etməyəcəyi şəklində şərh olunur. Alman xəbər agentliyi, Suriyada hədəf ola biləcək bəzi hərbi bazaların boşaldıldığını bildirir.
Müxalifət.az