ABŞ-ın vitse-prezidenti “saxta prezident” Guaidoya dəstək üçün gedir

Baxış sayı:
10198

 ABŞ-ın vitse-prezidenti Pens Venesuelada özünü müvəqqəti prezident elan edən müxalif lider Guaidoya dəstək vermək məqsədilə fevralın 25-də Kolumbiyaya səfərə gedəcək.
 
Ağ Evdən edilən yazılı açıqlamada, ABŞ vitse-prezidenti Mayk Pens-in Kolumbiya prezidenti Ivan Duquenin dəvəti ilə bu ölkəyə gedəcəyi qeyd edilib.
Pens-in ABŞ prezidenti Donald Tramp adına Bogotaya gedəcəyi bildirilən açıqlamada, "Müvəqqəti dövlət başçısı Xuan Guaidoya ABŞ-ın sarsılmaz dəstəyini dilə gətirəcək olan Pens, eyni zamanda Venesuela xalqının demokratiya uğrunda mübarizəsinə də dəstəyini təkrarlayacaq" deyə bildirilib.
Latın Amerikası ölkələrini bir araya gətirən Lima Qrupunun keçirəcəyi iclasda, üzv ölkə nümayəndələrinə də səslənəcək olan Pens-in, xüsusilə ABŞ-dan Venesuelaya göndərilən və sərhəddə gözlədilən "humanitar yardımların" ölkəyə girişi məsələsini müzakirə etməsi gözlənilir.
Müxalifət.az