ABŞ vitse-prezidenti Saakaşvilinin təqib olunmasına qəzəblənib

Gürcüstan müxalifətinin liderləri ilə ABŞ vitse-prezidenti Mayk Pensin görüşündə sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələ qaldırılıb.
 
Vahid Milli Hərəkat partiyasının Siyasi Şurasının sədri Nika Meliya bildirib ki, görüşdə Gürcüstan hakimiyyətinin rəqiblərini təqib etməsindən danışılıb.
ABŞ vitse-prezidentinin sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələyə reaksiyasına gəldikdə isə N. Meliya bu haqda geniş danışmaq istəmədiyini bildirsə də, həmsöhbətinin ölkənin sabiq prezidentinin təqib olunmasından qəzəbləndiyini qeyd edib.