ABŞ vertolyotu düşdü! Ölülər var

Baxış sayı:
9451

ABŞ-da təşkil edilən musiqi festivalı üçün bölgəyə gedən vertolyot bilinməyən bir səbəblə qəzaya uğrayaraq düşüb. Vertolyotda olan pilot və 2 yolçu ölüb, bir yolçu isə yaralı olaraq xilas olub.
 
Qəza ABŞ-ın Arkansas əyalətində Mulberri-nin dağlıq bölgəsində meydana gəlib.
İçində 3 yolçusu olan Robinson R44 Raven II tipli vertolyot bölgədə təşkil edilən Backwoods Musiqi Festivalı üçün iştirakçılara hava gəzintisi təşkil edirmiş.
Yerli media vertolyotun hələ bilinməyən bir səbəblə dağlıq bölgəyə düşdüyünü, vertolyotun dağıntısına axşam saatlarında çatıldığını, pilot daxil, 3 adamın həyatını itirdiyini, bir yolçunun isə yaralı olaraq xilas olduğunu bəyan edib.
Qəzadan sonra festival səlahiyyətliləri konsertin təxirə salındığını bəyan edib.
Müxalifət.az