ABŞ Venesuelaya qarşı koalisiya yaradır

Braziliya Prezidenti Mişel Temer, Kolumbiya Prezidenti Xuan Manuel Santos və ABŞ Prezidenti Donald Tramp Venesueladakı situasiyanı müzakirə edəcək.

Görüş Nyu Yorkda baş tutacaq. Danışıqların 1,5 saat davam etməsi gözlənilir. Qeyd edək ki, son günlər Venesuelada vəziyyət gərginləşir. Müxalifət hökumətin təcili istefaya getməsini istəyir. Prezident Nikolas Maduro isə müxalifəti ABŞ-ın ölkədəki maşası adlandırır. Venesuelanın iqtisadi vəziyyəti də bərbad haldadır. Neft qiymətlərinin kəskin enməsi ölkədə inflyasiya həddinin 200%-i keçməsinə səbəb olub. Üstəlik, ABŞ-ın yeni sanksiyaları onsuz da ağır vəziyyətdə olan ölkə üçün yeni problemlər yaradıb (Axar.az).