ABŞ-ın Venesueladakı çevriliş cəhdu uğursuz oldu

Baxış sayı:
5647

Venesuelada Tramp administrasiyasının dəstəyi ilə çevriliş təşəbbüsü əsasən Maduro hökumətinin müdaxiləsi ilə yatırılırkən, ABŞ mətbuatı da bununla bağlı böyük xəyal qırıqlığına uğradı.
 
Venesuelada ABŞ tərəfindən dəstəklənən Guaidonun çevriliş cəhdi hökumət qüvvələri tərəfindən böyük ölçüdə bastırıldı. Xüsusən paytaxt Karakas şəhərində xalqın küçəyə axışması ilə çevrilişin qarşısı böyük ölçüdə alınırkən, müxalifət də sığınmağa liman axtarmağa başladı.
Digər tərəfdən, çevriliş təşəbbüsünü böyük həvəslə izləyən ABŞ mətbuatı çevriliş cəhdinin qarşısının alınmasından çox üzüldü. Hətta “Amerikanın səsi”ndə dərc olunan bir yazıda “Maduro çevriliş təşəbbüsündən xilas oldu” deyə bir üzüntülərini dilə gətirdilər.
ABŞ-ın dəstəklədiyi çevriliş cəhdinə məruz qalan Venesuelanın qanuni dövlət başçısı Nicolas Maduro, "Bu çevriliş cəhdi cəzasız qalmayacaq, ölkənin Baş prokuroru ilə danışdım. Bu iş üçün xüsusi 3 milli prokuror təyin etdim və onlar bu an bu hadisəyə qarışan hər kəsi sorğulayır və istintaqı icra edirlər" deyə bildirib.
 Müxalifət.az