“ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək” - PENS

ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela böhranının dinc yolla həllini mümkün sayır.
 
 “Reuters”-in verdiyi məlumata görə, M. Pens bildirib ki, Venesuela diktatura yolundadır, lakin buna baxmayaraq, problemin sülh yolu ilə həlli mümkündür. O bəyan edib ki, ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək və tezliklə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq oluna bilər. 
 Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı bütün ssenariləri, o cümlədən hərbi əməliyyat variantını nəzərdən keçirdiklərini söyləyib.