ABŞ “Valkiriya”nın ilk görüntülərini yaydı - Video

Baxış sayı:
5476

ABŞ ordusu Kratos XQ-58 Valkiriya pilotsuz uçuş aparatını sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Defans Nyus” saytı informasiya yayıb.
PUA-nın sınaqları martın 5-də Arizona ştatındakı Yuma poliqonunda keçirilib. İlk uçuş zamanı aparat 76 dəqiqə havada qalıb. Mövcud sınaq mərhələsində daha 5 uçuş keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Valkiriya”lar beşinci nəsil F-35 qırıcılarının müşayiət edilməsi üçün nəzərdə tutulub.