ABŞ və Ukrayna Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər

Ukrayna prezidenti və ABŞ-ın dövlət katibi arasında telefon danışığı olub
 
Ukrayna prezidenti Petr Poroşenko və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
Bu barədə Ukrayna prezidenti administrasiyasının saytı bildirir.
"Tərəflər Nyu-Yorkda Ukrayna və ABŞ prezidentləri arasında görüş zamanı əldə edilmiş razılaşmaların icrasının gedişindən məmnunluqlarını bildirib", - deyə xəbərdə qeyd edilir.
Həmçinin Poroşenko Rusiya ilə əlaqədar Ukraynaya verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib. Ukrayna prezidenti və ABŞ-ın dövlət katibi Donetsk hövzəsində BMT-nin beynəlxalq missiyasının genişlənildirilməsi məsələsinə də toxunublar.
"Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların əhəmiyyətini və bunda ABŞ-ın lider yanaşmalarını qeyd edib. Qeyd edib ki, yalnız belə yolla təcavüzkarı beynəlxalq hüququn, müstəqilliyə hörmətin və dövlətlərin ərazi bütövlüyü yoluna qayıtmağa məcbur etmək olar", - deyə xəbərdə bildirilir./report