ABŞ və Türkiyə prezidentləri görüşəcəkmi? – ƏRDOĞANDAN AÇIQLAMA

Baxış sayı:
694

Qırğızıstan səfərindən qayıdış zamanı təyyarədə açıqlama verən prezident Ərdoğan, "Bir strateji tərəfdaşın müttəfiqinə belə bir şey etməsi yaxşı hərəkət deyil. 16 ildir baş nazir, prezidentlik edirik. Hər hansı bir ehtiyacımızı, ABŞ-dan pulumuzla belə ala bilmədiyimiz anlar olmuşdur. Amma terror təşkilatları pulsuz olaraq hər cür silahı ABŞ-dan almaqdadırlar. Bu silahları da bizə qarşı istifadə edirlər. Bu necə bir strateji tərəfdaşlıqdır " deyə, sual edən Türkiyə prezidenti 25 sentyabrda Nyu-Yorkdakı BMT Baş Məclisində ABŞ prezidenti Donald Tramp ilə görüş məsələsində tələb gəlmədiyini, özünün də xüsusi bir tələbdə olmayacağını açıqlayıb.
Müxalifət.az