ABŞ və Səudiyyənin Türkiyə əleyhində gizli razılaşması

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə etdiyi mövzulardan biri də Türkiyənin “Suriya tənliyi”ndən çıxarılması olub.
 
Bu iddia ilə “Yeni şəfəq” qəzeti çıxış edib.
Qəzetin məlumatına görə, ABŞ tərəfi suriyalı müxaliflərin Türkiyə ilə bütün əlaqələrinin kəsilməsi təklifini irəli sürüb.
Tərəflər həmçinin mərkəzi İstanbulda olan Suriya Müxalif İnqilabçı Qüvvələrinin Türkiyədən çıxarılması və yeni mərkəzin Ər-Riyad olması barədə razılığa gəliblər.