ABŞ və Şimali Koreyanın gizli görüşü üzə çıxdı

ABŞ və Şimali Koreya nümayəndələri gizli görüşlər keçiriblər.
 
Bununla bağlı “Assoşieyted Press” agentliyi məlumat yayıb.
Görüşlərin son 1 ayda gerçəkləşdiyi bildirilib.
Agentlik görüşdə iştirak edən diplomatların da adlarını açıqlayıb. Məlumatlara görə, ABŞ-ı bu görüşdə Vaşinqtonun Şimali Koreya üzrə xüsusi təmsilçisi Cozef Yun təmsil edib. Pxenyan adından isə görüşdə Şimali Koreyanın BMT-dəki ali nümayəndəsi Pak Sonq İl iştirak edib.