​ABŞ və Şimali Koreya birgə hərbi manevrlər keçirəcəklər

Baxış sayı:
16840

Rəsmi Seul və Vaşinqton ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında fevralın 27-28-də keçirilməsi planlaşdırılan ikinci sammit başa çatdıqdan sonra birgə hərbi manevrlərin keçirilməsi planlarını açıqlamaqla bağlı razılaşıblar.
TASS xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyinə hökumətdəki mənbə məlumat verib.
Onun sözlərinə görə, "Key Resolve" komando-qərargah təlimlərinin ilkin olaraq martın 4-də başlanılacağı planlaşdırılır.
Mənbə qeyd edib ki, təlimlərin keçirilməsinin tarixinin elan olunmasının təxirə salınması sammitdən əvvəl əlavə narahatedici amillər yaratmamaq istəyi ilə bağlıdır.
Daha əvvəl Cənubi Koreya KİV "Key Resolve" komando-qərargah təlimlərinin və "Foal Eagle" sahə manevrlərinin bu il kiçildilmiş miqyasda keçirilə biləcəyini yazıb.
ABŞ Prezidenti Donald Tramp fevralın 5-də açıqlayıb ki, fevralın 27-28-də Vyetnamda Kim Çen In ilə görüşəcək. Ancaq, o, sammitin hansı şəhərdə olacağını söyləməyib.
ABŞ və KXDR liderlərinin tarixdəki ilk sammiti 2018-ci il iyunun 12-də Sinqapurda keçirilib.