ABŞ və Rusiya Suriyada döyüşməyəcəklər: GİZLİ ANLAŞMA VAR

Baxış sayı:
3082

ABŞ və Rusiyanın qarşılıqlı döyüş siqnalları verərək dünyanı ayağa qaldırdığı bu günlərdə, bir də ötən fevral ayında Vaşinqtonda reallaşan gizli kəşfiyyat  toplantısının detalları ortaya çıxıb. MKİ direktoru Mayk Pompeo, ABŞ və Rus casuslarının qatıldığı yığıncaqda gizli şəkildə iştirak edib və bir biri ilə döyüşməmək anlaşmasının təməlini atıblar.
 
Şərqi Qutanın Duma rayonundakı kimyəvi hücumdan sonra Suriyada ABŞ və Rusiya arasında döyüş bəyanatları səslənirkən, ötən fevral ayında gizlicə reallaşdırılan yığıncaqlarda iki ölkə arasında 'döyüşməmək” qərarı aldığı ortaya çıxıb.
 
POMPEODAN GİZLİ ƏMƏLİYYAT
 
Dövlət katibi vəzifəsinə başlamaq üçün Senatdan təsdiq gözləyən MKİ direktoru Mayk Pompeo, çox gizli bir əməliyyat keçirərək Amerikaya giriş qadağası olan Rusiyanın ən əhəmiyyətli 3 kəşfiyyat təşkilatının rəhbərini Vaşinqtona gətirib.
 
SAATLARLA DAVAM EDƏN TOPLANTI
 
Onlarla MKİ-nin Langley qərargahında uzun müddətli görüşlər keçiriblər. Əslində bu əməliyyat və yığıncaqlar xalqdan gizli tutulmalıydı, amma Senatda Demokrat Partiyasının üzvü Chuck Schumer hadisəni eşidib, soruşmaqla işi ortaya çıxarmaq məcburiyyətində qalıblar.
Gələnlər KQB-nin davamı olaraq bilinən Federal Təhlükəsizlik Xidmətinin başçısı Sergey Narışkin, Rusiyanın daxili kəşfiyyatından məsul Aleksandr Bortnikov və Rusiyanın hərbi kəşfiyyatından məsul səlahiyyətli olub.
 
TƏMƏLİ O TOPLANTIDA ATDILAR
 
Mövzuyla əlaqədar mətbuatda heç bir xəbər verilməyib. Casuslar aləminin insanlarını yaxından tanıyan qaynaqlar, o günlərdə MKİ-dəki toplantı mövzusunun Suriya və Yaxın Şərq olduğunu, xüsusilə Suriyada iki ölkənin təhlükələrə açıq şəkildə qarşı-qarşıya gəlmədən siyasi bir həllə necə nail ola biləcəklərinin təməlinin atıldığını söyləyirlər.
 
GEORGETOWN GÖRÜŞÜ
 
Təxminən 10 gün sonra Rusiyanın bütün Yaxın Şərq siyasəti üçün Vladimir Putinin çox etibarlı adamı olan Vitaly Naumkin Vaşinqtona gəldi. Məqsəd Rusiyanın Suriya siyasətini və ABŞ ilə əməkdaşlıqda necə çalışacağını açıqlamaq idi.
 
KƏŞFİYYAT ZIRVƏSINİN HESABATI TRAMPA TƏQDİM OLUNUB
 
Vaşinqtonun xarici siyasət və milli təhlükəsizlik elitası Naumkinlə Georgetown Universitetinin Xarici Xidmətlər Məktəbində bir yemək masasında görüşüblər. İştirakçılar arasında olan idarəçilərin görüşdə deyilənləri on gün öncə baş tutan gizli kəşfiyyat zirvəsi ilə qarışdıraraq Donald Trampa çatdırıblar.
 
PUTİN VƏ TRAMP 45 DƏQİQƏ TELEFONDA DANIŞDILAR
 
Bu hesabatı aldıqdan sonra Prezident Tramp Pompeonu da dinlədikdən sonra milli təhlükəsizlik üzrə müşaviri Herbert Raymond MakMasterin iştirakı ilə telefonda 45 dəqiqə Putinlə danışıq aparıb.
Buna görə, bütün bu baş verənləri nəzərə aldıqda, bölgədə gözlənilməz qəzalar olmadığı təqdirdə, Suriyadakı iki ölkənin bu gün bir müharibə ilə üzləşməsi mümkün deyil.
Müxalifət.az