ABŞ və Rusiya səfirlərinə S-400 soruldu: Maraqlı cavablar...

Baxış sayı:
7348

Rusiyadan alınan S-400 havadan müdafiə sistemləri Türkiyəyə enməyə başladı. ABŞ rəhbərliyindən bu ana qədər bu mövzu haqqında ciddi bir açıqlama verilməyib. “Habertürk”-ün yazarı Məhərrəm Sarıkaya qatıldığı bir tədbirdə qarşılaşdığı ABŞ və Rusiya səfirlərinə S-400 ilə əlaqəli suallar verib. ABŞ səfirinin suala verdiyi cavab diqqət çəkib.
 
“Habertürk”-ün yazarı Məhərrəm Sarıkaya Fransa səfirliyində Fransa Milli Günü münasibəti ilə keçirilən mərasimdə yaşananları yazıb.
ABŞ-lı səfir David Satterfield və Rusiya səfir Aleksey Yerhov ilə də danışmaq fürsəti tapan Sarıkaya, iki səfirə də S-400 ilə əlaqəli suallar verib.
 
ABŞ-lı ELÇİ: "AÇIQLAMA YOXDUR"
 
Sarıkaya ABŞ səfiri ilə yaşadıqlarını belə qeyd edib: "S-400" sözünü eşidincə, sual verməyimə belə imkan vermədi, iki əlini havada çırparaq danışmayacağını bildirdi və "Açıqlama yoxdur" deyib, arxasına döndü”.
 
RUS ELÇİ: İNDİ ÖZÜMÜ DAHA TƏHLÜKƏSİZLİKDƏ HİSS EDİRƏM
 
Sarıkaya Rusiya səfiri ilə arasında keçən dialoqu da yazıb: “Hal-əhval tutduqdan sonra səfir Yerhova, "S-400 sisteminin Ankaraya gəlməsi sizdə necə bir duyğu yaratdı" deyə soruşdum. Cavabı Rus səfirin həyat yoldaşını da gülümsətdi: "İndi özümü daha təhlükəsiz bir şəhərdə olduğumu hiss edirəm..." Çox danışmaqdan qaçındı, şəkil çəkilişindən sonra gülərək ayrıldı, xoşbəxt idi”.
Müxalifət.az