​ABŞ və Rusiya RAZILAŞDI - Gizli toplantının DETALLARI

Baxış sayı:
3046

Suriya üzərindən bir-biri ilə hərbi ritorika dilindən danışan və müharibə siqnalları verən ABŞ və Rusiya arasında keçirilən gizli bir toplantınının detalları üzə çıxıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu ilin fevral ayında Vaşinqtonda keçirilən toplantıda ABŞ və Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları qatılıb.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeonun təşkil etdiyi toplantıda bir-biri ilə döyüşməmək barədə razılıq əldə edilib.
Qeyd edək ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun və Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobovun Vaşinqtona səfəri rəsmi şəkildə təsdiqlənmişdi.
Onlarla MKİ-nin Langleydə yerləşən mərkəzində bir neçə saat davam edən toplantılar keçirilmişdi. Əslində bu toplantıların gizli saxlanılması nəzərdə tutulmuşdu, amma demokrat senator Çak Şumer xəbər tutması ilə bu mümkün olmamışdı.