ABŞ və Rusiya prezidentləri görüş hazırlığında – BAŞ TUTARSA...

ABŞ-ın Rusiyadakı səfiri Anatoli Antonov Rusiya və ABŞ prezidentlərinin görüşündəki mümkün müzakirə mövzularını açıqlayıb.
Bu barədə səfir Rusiya-Amerika Alimləri Assosiasiyasının konfransı zamanı jurnalistlərə danışıb.
Antonovun sözlərinə görə, prezidentlərin görüşündə əsas gündəm beynəlxalq terrorçuluqla mübarizə, Suriya məsələsi və Şimali Koreya ətrafındakı gərgin vəziyyət ola bilər.
Qeyd edək ki, bir qədər əvvəl Kreml sözçüsü Dmitri Peskov görüş reallaşarsa, böyük ehtimalla Pxenyanın nüvə probleminin müzakirə ediləcəyini açıqlamışdı.