ABŞ və Rusiya hərəkətə keçməsə, İrəvan... - Millət vəkili

Prezidentlərin görüşü reallaşsa da, İrəvan yenə öz siyasi oyunlarına davam edəcək. 
Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atmasa, İrəvan bu dəfə də danışıqları imitasiya edəcək: 
“Azərbaycan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq üçün hər vasitəyə əl atır. Prezidentlərin görüşü reallaşsa da, İrəvan yenə öz siyasi oyunlarına davam edəcək. Danışıqlar prosesində hansısa irəliləyişin olacağına inanmıram. Bu nöqteyi-nəzərdən münaqişənin həllində hərb varinatı öz aktuallığını qoruyur”.