ABŞ və Rusiya anlaşa bilmədi

Baxış sayı:
5722

Silahların Nəzarəti və Beynəlxalq Təhlükəsizlikdən məsul ABŞ xarici işlər nazirinin müavini Andrea Tompson və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Çinin paytaxtı Pekində, Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması (INF) ilə bağlı aparılan danışıqlarda hər hansı bir irəliləyiş əldə olunmayıb.
 
 Rus xəbər agentliyi TASS-da yer alan xəbərə görə, INF müqaviləsi məsələsində hər hansı bir irəliləyişin qeydə alınmadığını deyən Ryabkov, "Təəssüf ki, irəliləyiş yoxdur, ABŞ-ın mövqeyi olduqca sərt və ultimatuv şəkildə olmağa davam edir" deyə bildirib.
 Ryabkov, "ABŞ tərəfinə Rusiyaya şantaj etməyə çalışdığı bir şəraitdə dialoq davam etdirməyin mümkün olmadığını dedik" deyib.
 İrəliləyiş olmadığına görə, müqavilənin və beynəlxalq təhlükəsizliyin taleyi ilə bağlı narahat olduqlarını bildirən Ryabkov, "Çünki növbəti mərhələ başlayır, yəni ABŞ-ın INF Müqaviləsi çərçivəsindəki öhdəliklərini təxirə alma mərhələsi. Bu görünüşə görə, bu, həftənin sonunda olacaq" deyib.
 
"ABŞ ÜÇÜN MÜQAVİLƏDƏ QALMAĞIN BİR MƏNASI QALMADI"
 
 ABŞ prezidenti Donald Tramp 2018-in oktyabrında FOX News kanalına verdiyi müsahibədə, nüvə müharibə təhdidini azaltmaq üçün Soyuq Müharibə dövründə Sovet İttifaqı ilə imzalanan INF müqaviləsindən Rusiyanın müqaviləni pozduğunu əsas göstərərək çəkiləcəyini açıqlamışdı.
 Trampın çəkilmə açıqlamasından iki ay sonra ABŞ XİN rəhbəri Mayk Pompeo Rusiyanın müqaviləyə tam riayət etmədiyi müddətcə ABŞ-ın müqaviləyə sadiqliyini 60 gün ərzində təxirə alacağını bildirmiş, "Rusiyanın pozuntuları münasibətilə ABŞ üçün müqavilədə qalmağın bir mənası qalmamışdır" deyə söyləmişdi.
Müxalifət.az