ABŞ və Rus döyüş gəmiləri bir-birinə girdi

Baxış sayı:
4969

ABŞ-a aid döyüş gəmisi USS Chancellorsville-nin Cənub Çin dənizində birdən istiqamət dəyişdirib, Rusiyaya aid Admiral Vinorgardov döyüş gəmisinə 50 metr yaxınlaşaraq önünü kəsdiyi bildirilib. Rusların bu iddiasına isə ABŞ-dan təcili cavab verilib. “CNN International” televiziyasının Pentaqon üzrə müxbiri Barbara Starr da sosial media hesabı Twitterdən gərginliyin yaşandığı anın görüntüsünü paylaşıb.
 
Rus Sakit Okean Donanması tərəfindən edilən açıqlamaya görə, Cənub Çin dənizində birdən istiqamət dəyişdirən ABŞ-a aid döyüş gəmisi USS Chancellorsville Rusiyaya aid Admiral Vinorgardov döyüş gəmisinə yaxınlaşaraq 50 metr qarşısından keçib və bu vəziyyət də toqquşma təhlükəsi yaradıb.
Açıqlamada, Rus heyətin toqquşmanı önləmək üçün ani manevrlər etdiyi ifadə edilib.
Rusiyanın açıqlamasına isə ABŞ-dan cavab gecikməyib. ABŞ Donanmasından edilən açıqlamada, "Bir vertolyotun enməsi əsnasında bir Rus döyüş gəmisi arxadan sürətlə gəmimizə yaxınlaşdı. Uyğun olmayan bir məsafəyə, yəni təxminən 15-30 metrə qədər yaxınlaşdı. Bu ani və təhlükəli bir hərəkətdir. Bu səbəbdən USS Chancellorsville mühərriklərini dayandıraraq manevr etdi və toqquşma ehtimalını ortadan qaldırdı" deyə qeyd edilib.
ABŞ-lı komandir Clayton Doss da Rusiyanın iddiasının bir təbliğat olduğunu söyləyib.
Müxalifət.az