ABŞ və PKK vəhşəti: Diri-diri basdırdılar..

Baxış sayı:
4456

ABŞ və terror təşkilatı PKK Suriyada Deyrizor rayonunun Bağoz qəsəbəsində inanılmaz dəhşət nümayiş etdirir. İnsanların qaçaraq məskunlaşdığı düşərgələrdə 300-dən çox mülki şəxs öldürülüb. Bombardmanda yaralanan 40-dan çox adam diriykən torpağa basdırılıb. Bağozda son 10 gün içərisində 2 min, 1 ayda isə 6 min adam tələf olub.
 
ABŞ və PKK indi də Rakkadakı qəddarlığı Deyrizorda nümayiş etdirir. Rakkada İŞİD ilə mübarizə bəhanəsiylə minlərlə insanı öldürdülər. İŞİD-dan boşaldiılmış əraziləri bombalayan ABŞ və PKK gecə saatlarında 300-dən çox cəsədi torpağa gömüb. Bununla yetinməyib, bombardman nəticəsində yaralanan 40-dan çox mülki şəxsi canlı olaraq torpağa basdırıb.
Düşərgələrdə dəfn edilməsini gözləyən parçalanmış vəziyyətdə olan cəsədlər var. ABŞ-ın qırğınından xilas olanlar terror təşkilatı PKK-nın güllələrinin hədəflərinə çevriliblər. Fərat sahilindəki bombardmandan qaçmağa çalışan 200 dinc sakin yaylım atəşi ilə məhv edilib.
PKK və ABŞ bölgəyə yönəlik əməliyyatdan əvvəl mülki əhalinin qaçmaması üçün qapı keçidlərini bağlayıb. İŞİD-dan qaçmaq istəyən yüzlərlə adam snayperlər tərəfindən öldürülüb və mülki əhalinin qaçışına əngəl törədilib. Heccin rayonunda kütləvi məzarlıqlarda PKK ölmüş insanları gizlədib. Yüzlərlə adam hələ də düşərgədə yaxınlarını axtarır. Bölgədən 65-70 min nəfər sistematik şəkildə sürgün edilib. İŞİD üzvləri isə silahları ilə birlikdə gizli şəkildə bölgədən çıxarılmış və ABŞ bazasına köçürülüb.

Müxalifət.az