ABŞ və müttəfiqləri razılaşdılar: “ÇOX GÜCLÜ CAVAB VERƏCƏYİK”

Baxış sayı:
3766

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtonda Federalist Cəmiyyət (Federalist Society) QHT nümayəndələri ilə görüşü zamanı Suriya hökumətinin kimyəvi silahdan istifadə edəcəyi təqdirdə ABŞ, Fransa və İngiltərənin əvvəlkindən “çox güclü şəkildə cavab vermək” məsələsində razılaşdıqlarını bildirib.

Bolton deyib: “Son günlərdə mesajımızın çatması üçün çoxçalışdıq. Əgər üçüncü səfər kimyəvi silah hücumu olarsa, bunun cavabı çox sərt olacaq. İkinci (kimyəvi) hücumun ardından bizimlə birlikdə hərəkət edən İngiltərə və Fransa ilə bu məsələri müzakirə eləmişik. Onlar da üçüncü dəfə kimyəvi silahdan istifadə ediləcəyi təqdirdə, daha sərt bir addım atılması məsələsində bizimlə həmrəydirlər”.

Hurriyyet.org