ABŞ VƏ KÜRD TERRORÇULARI SURİYA NEFTİNİ TALAYIR

Baxış sayı:
8938

ABŞ beynəlxalq hüququn pozulmasına baxmayaraq, kürd terrorçuları ilə birgə Suriya neftinin qanunsuz istehsalını və ixracını davam etdirəcək.

Muxalifet.az rueconomics.ru-ya istinadla xəbər verir ki, bu barədə hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bildirib:

"Bu günlərdə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi müsahibədə Suriyada atəşkəsin "yaxşı möhkəmləndiyini" söylədi və ABŞ-ın da öz növbəsində ölkənin neft ehtiyatlarına nəzarəti saxlamağı bacardığını dedi. Onun fikrincə, digər ölkələr Suriya sərhədlərində təhlükəsizlik problemləri ilə məşğul olmalıdır, ABŞ üçün isə əsas neftdir.
Bundan əlavə, Tramp ABŞ-ın Suriyadakı kürd terrorçuları ilə fəal əməkdaşlıq etdiyini təsdiqlədi. Görünən odur ki, elə məhz bu səbəbdən o, ABŞ hərbi qüvvələrinin Türkiyə-Suriya sərhədi boyunca birgə patrullarda iştirak etməsinə qəti şəkildə qarşı çıxıb".
Korotçenkoya görə, ABŞ-ın Suriya neftinin qaçaqmalçılığına «himayədarlıq”etməsi bütün mövcud beynəlxalq qanunlara ziddir və cəzalandırılmalıdır. Ekspert xatırladıb ki, əvvəlcə Vaşinqton Suriyada var olmağını ölkədəki vəziyyəti sabitləşdirmək üçün işləməklə doğrultdu, halbuki Tramp-ın bəyanatlarına baxarsaq ABŞ-ın məqsədi buna ziddir. Birləşmiş Ştatlar mümkün olduğu qədər neft yataqlarına yiyələnməklə, Suriyadakı vəziyyəti daha da ağırlaşdırmaq niyyətindədir.
Korotchenko əlavə etdi ki, ABŞ-ın Suriyada indiki hərəkətləri onların Əfqanıstanı işğal etməsindən sonra ölkədə narkotik istehsalının on dəfə artdığı dövrdəki davranışını xatırladır.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriya neftinin qanunsuz hasilatı və qaçaqmalçılığında iştirakına dair sübutlar təqdim etmişdi. İnternetdə Fərat çayı yaxınlarında ABŞ-ın nəzarəti altında neft istehsalını və ABŞ ordusunun mühafizəsi, müşayiəti ilə Suriya sərhədlərindənı çıxarılıb daşınmasını təsdiqləyən peyk görüntüləri ortaya çıxdı:
"Öz növbəsində, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin professoru İqor Yuşkov hesab edir ki, Tramp-ın Suriya neftini yağmalamaq və talamaq planlarında israr etməsi ABŞ-ın beynəlxalq siyasətinin prinsipsizliyini təsdiqləyir".

Muxalifet.az